Maide.az

Güclü yağan qar və yolların buz bağlaması nəticəsində 9 nəfər yıxılaraq travma alıb

Onlardan 6-sı xəstəxanaya yerləşdirilib   "Son iki gündə Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq əzilən və travma alan 9 nəfər təcili tibbi yardıma müraciət edib".   Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.   Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı xəstəxanaya yerləşdirilib. /