Maide.az

Güclü təhlükəzislik tədbirlərinə baxmayaraq Bəhreynlilər Aşura gecəsində izdihamlı yürüş edib - FOTO

Ali Xəlifə rejiminin güclü təhlükəzislik tədbirlərinə baxmayaraq Bəhreynlilər Aşura gecəsi Manama küçələrində izdihamlı yürüş edib.    Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, “Ləbbeykə ya Huseyn” şüarları səsləndirən onlarla yürüş iştirakçısı əllərində Bəhreyn şiələrinin lideri Ayətullah İsa Qasimin şəkillərini daşıyıb.    Əzadarlıq yürüşünün sonunda küçədə camaat namazı qılınıb.    Ali Xəlifə rejimi Aşura axşamı əzadalıq və yürüşlərin təşkilinin qarşısını almaq məqsədilə Manama küçələrinə çox sayda təhlükəsizlik qüvvəsi yerləşdirib.     Qeyd edək ki, Məhərrəm ayının başlandığı ötən günlər ərzində İmam Hüseynin (ə) matəm məclislərində xütbə etdikləri üçün bir neçə xətib və ruhani Ali Xəlifə rejimi tərəfindən saxlanılıb.    Xatırladaq ki, Ali Xəlifə rejim muzdurları Bəhreyndə müxtəlif bölgələrə hücüm edib əzadarlıq simvolları və qara bayraqları küçələrdən yığışdırıb.