Maide.az

Güclü qar Fransada 140 min evi işıqsız qoydu

Fransanın cənub-şərqində güclü qar səbəbindən 140 min ev elektrik enerjisiz qalıb.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Enedis" şirkətinin məlumatında deyilir.   Məlumatda bildirilir: "Drom, İzer və Ardeş departamentlərində 140 min ev elektrik enerjisiz qalıb. Bizim təmir briqadalarımız səfərbər edilib".   "BFMTV" telekanalı bildirilir ki, güclü qar nəticəsində İzer departamentində 1 nəfər həlak olub.