Maide.az

Güclü külək Xırdalanda bir sıra fəsadlar törədib

  Güclü külək Xırdalan şəhər 28-ci məhəllədə yerləşən 26 saylı binanın dam örtüyünü uçurub.   Rakurs.tv xəbər verir ki, külək həmçinin bəzi ərazilərdə ticarət köşklərinin də dam örtüklərini uçurub.   Bununla yanaşı, bir sıra yerlərdə ağacların da budaqları küləyin təsirindən qırılıb. Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.