Maide.az

Güclü külək Xırdalanda binanın damını uçurdu - Video

Güclü külək Xırdalanda fəsadlara səbəb olub.   Maide.Az Baku.ws-ə istinadən xəbər verir ki, küləyin sürətinin artmasından sonra Xırdalanda bəzi binaların damı sıradan çıxıb.   Külək yollarda ağacları da aşırıb.   Qeyd edək ki, martın 31-i səhərədək güclü küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30, yarımadanın bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.