Maide.az

Güclü külək bir sıra fəsadlar törədib

Güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.   Gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb.   Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə olan avtomobillər yolda qalmalı olub.   Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb. (report) /