Maide.az

Güclü küləyə görə neftçilərin təxliyəsinə başlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.   Bu barədə Modern.az-a SOCAR-dan məlumat verilib.   Məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.   Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.   Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. /