Güclü küləyin fəsadları...
Aprelin 2-dən 3-nə keçən gecədən başlayan güclü külək Bakının bəzi yerlərində fəsadlar törədib. Lent. az-ın xəbərinə görə, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında metal konstruksiyalı ayaqaltılar uçub. Nəticədə binanın qarşısında dayanan 10-a yaxın avtomobilə ciddi ziyan dəyib. Vətəndaşlara dəyən ziyanın həcmi dəqiqləşdirilir. /