Maide.az

Gallup: ‘18 milyon amerikalının dərman almağa pulu yoxdur’

Gallup sosial araşdırma mərkəzinin yeni sorğusu ABŞ-da təxminən 18 milyon insanın bir ailə üzvünə verilən ən aşağı qiymətli resepti ödəmək iqtidarında olmadığını göstərdi.   Maide.Az “deyerler.org”-a istinadən xəbər verir ki, Gallup-un apardığı bu sorğunun nəticələri ABŞ-dakı yüksək dərman və müalicə xərclərinin bu ölkədəki ailələrin həyatına necə təsir etdiyini göstərib.   Vəziyyət illik gəliri 24 min dollardan aşağı olan aztəminatlı ailələr üçün daha da pisdir. Təxminən 20% son üç ayda ən azı bir reseptin xərclərini ödəyə bilməmişdir.   Gallup mərkəzi bildirir ki, sorğu təxminən 5 min yetkin insanın iştirakı ilə aparılıb və respondentlərin 10% son bir ildə bütün dərmanlarını almaqdan imtina etməli olduqlarını bildirib.   CBS News televiziyası Gallup-un sorğusuna istinadən verdiyi xəbərində, milyonlarla amerikalıların bu ölkədə müalicə xərcləri ilə mübarizə etdiyini və dərman xərclərinin artdığını bildirib.   ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders ABŞ cəmiyyətində ayrı-seçkilik mövzusunda danışarkən üç amerikalı milyarderin sərvətinin əhalinin yarısından çoxunun sərvətini təşkil etdiyini söyləyib və bu vəziyyəti sərt şəkildə tənqid etmişdi.