Maide.az

Gəncədə 200 abonent qazsız qalıb

Gəncə şəhərinə düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində 11.10.2020-ci il tarixində saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb.    “Azəriqaz” İB-dən  daxil olan məlumata görə, 200 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 200 abonentdən təxminən 30 abonentin yaşayış ünvanı artıq yoxdur.    170 abonentin qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır.