Maide.az

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq.   Maide.Az AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.   Bu zaman gecə ilə gündüz bərabərləşəcək.   Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.