Maide.az

Gəncədə qadın dərmandan zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.   APA-nın məlumatına görə, hadisə şəhərin “Qorodok” adlanan ərazisindəki yaşayış binasında qeydə alınıb.    1991-ci il təvəllüdlü  Vüsalə Quliyeva dərman zəhərlənməsi  diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.   İlkin məlumata görə, qadın əsəbiləşərək dərman içib.   Faktla bağlı araşdırma aparılır.