Maide.az

Gəncədə mikroavtobus piyadanı vurub öldürdü

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.   Trend-in məlumatına görə, hadisə şəhərin E.Həsənov küçəsində qeydə alınıb. Gəncə şəhərində yaşayan,1987-ci il təvəllüdlü Məmmədov Füzuli Vidadi oğlu idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusla həmin küçədə dönmə hərəkəti edərkən, avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Kazımov Faiq Kazım oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.   Faktla bağlı cinayət işi başlanıb.