Maide.az

Gəncə məhbusu vəfat edib

 Gəncə hadisələrinə görə həbs olunan Eşqin Quliyev vəfat edib.   Madie.Az xəbər verir ki, yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Eşqin Quliyev vəfat edib. Hazırda yaxınlarının onun cənazəsinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən götürdüyü bildirilir.     Sentyabrın 19-da Sabunçu Rayon Məhkəməsində bir qrup “Gəncə məhbus”una hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrli ilə keçirilən prosesdə Eşqin Quliyevi 20 il azadlıqdan məhrum edilib.   Eşqin Quliyev Hepatit C-dən əziyyət çəkirmiş     Qeyd edək ki, Gənc hadisələrində həbs olunan Aydın Qurbanov isə bu ilin 10 iyul tarixində xərçəng xəstəliyindən vəfat etmişdi.