Gənc müsəlman Böyük Britaniyanın maliyyə naziri oldu
Pakistan mənşəli Sacid Cavid Böyük Britaniyanın maliyyə naziri təyin olunub. Maide.Az bildirir ki, S.Cavidölkədəki etnik azlıqlar içərisində yüksək vəzifəyə təyinat alan yeganə müsəlmandır və daha əvvəl daxili işlər naziri işləyib. Qeyd edək ki, Daxili işlər naziri olmazdan öncə isə Cavid Böyük Britaniyada yerli icmalar üzrə nazir olub.