Maide.az

Gəmidə yaralananların 7-si reanimasiyaya yerləşdirilib - RƏSMİ

"İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib”.   Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi  məlumata görə, yaralılardan 7 nəfəri reanimasiyadadır:   “Digər 7 nəfər isə stasionar nəzarətdə saxlanılır.  II və III dərəcəli yanıq xəsarətləri alanların bədən nahiyyəsinin 40 faizi yanıb. Reanimasiyaya yerləşdirilən 7 nəfərdən 3-nün vəziyyəti kritikdir”.