Maide.az

Gəncədə avtomobil vuran tələbələrin kimliyi məlum olub

Gəncə şəhərində avtomobillə vurulan piyadaların kimliyi məlum olub.   Maide.Az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, bunlar Tərtər rayon sakinləri - 1993-cü il təvəllüdlü Mehdiyev Mehdi Rövşən oğlu və 1993-cü il təvəllüdlü Tufanlı Həsən Zaur oğludur.   Hər iki piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.   M.Mehdiyev Gəncədəki universitetlərdən birinin 3-cü kursunda, H.Tufanlı isə 2-ci kursunda oxuyur.    Qeyd edək ki, hadisə dekabrın 21-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Tələbələri "Seat Toledo" markalı avtomobil vurub.    Faktla bağlı araşdırma aparılır.