Maide.az

Gənclərin 85 faizi xəstəlikdən əziyyət çəkir

Azərbaycan Tibb Universitetində yeniyetməlik dövründə üzdə yaranan sızanaqlar (Akne xəstəliyi) haqda seminar keçirilib.   Maide.Az "Sputnik"a  istinadla xəbər verir ki, ATU-dan daxil olan xəbərə görə universitetin dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov tələbələrə bu haqda geniş məlumat verib: "Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bu xəstəlikdən daha çox gənclər əziyyət çəkir. 12-25 yaş arası gənclərin demək olar 85 faizində belə sızanaqlara rast gəlmək mümkündür".   E.Novruzov akne xəstəliyinin mahiyyəti, profilaktikası, müalicə metodları haqqında da danışıb. Sonda akne ilə üzləşən gənclərə vaxtında həkim – dermatoloqa müraciət etmələri tövsiyə olunub.