Maide.az

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək.   Bunu İranın Gilan vilayətinin valisi Mustafa Salari deyib.   Onun sözlərinə görə, Rəşt-Qəzvin dəmiryolu gələn həftə İranın Proqram və Büdcə Təşkilatının sədri, Yol və Şəhərsalma Nazirliyinin rəsmilərinin iştirakı ilə ilkin şəkildə istifadəyə veriləcək. 2 ay sonra isə İran Prezidentinin iştirakı ilə rəsmi açılış mərasimi olacaq.   Salari əlavə edib ki, Rəşt-Qəzvin dəmiryolunun istifadəyə verilməsi ilə turistlərin sayı artacaq./Trend /