Gələn həftə ATƏT-in baş katibi Azərbaycana gələcək
ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 11-də Azərbaycana səfər edəcək. Maide.Az bildirir ki, bu barədə Turana Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək: "Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq". H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil. Xatırladaq ki, Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq. Onun səfəri regional xarakter daşıyır.