Maide.az

Gənclər şəhərciyində PARTLAYIŞ - FOTO

Abşeron Gənclər şəhərciyindəki evlərdən birində partlayış baş verib.   Maide.Az-ın məlumatına görə, Lent.az xəbər verir ki, partlayış şəhərcikdəki yaşayış binalarından birinin 6-cı mərtəbəsindəki mənzildə baş verib.    Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir. Partlayış nəticəsində evə və həyətdəki maşınlara ziyan dəyib. Xəsarət alan şəxslərin olub-olmadığı barədə məlumat verilmir.