Maide.az

Gəncədə istintaq təcridxanasında məhbus özünü asıb

Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında ölüm faktı qeydə alınıb.   Oğurluqda təqsirləndirilərək saxlanılan 1988-ci il təvəllüdlü Bayramov Samir İlyas oğlu təcridxanada özünü mələfə ilə asaraq intihar edib.   Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. (apa) /