Maide.az

İşgəncələrə dözməyən məhbus dilini kəsdi- 13 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ

 “13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cabbarlı Natiq Vaqif oğlu 2 aydır ki, müntəzəm olaraq müəssisənin rəis müavini Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalır”.   Bu haqda gununsesi.info-ya məhkumun atası Vaqif Cabbarov məlumat verib.   Onun sözlərinə görə, məhkum Natiq Cabbarlı cəza çəkdiyi müddətdə dəfələrlə rəis müavini E.Əlicanov tərəfindən döyülərək karserə salınıb: “Sonuncu dəfə isə oğlum Natiq Cabbarlı E.Əlicanov tərəfindən daha dəhşətli işgəncələrə məruz qalanda isə, özünə qəsd edib. Hazırda Natiqin vəziyyəti çox ağırdır. Onu Pentensiar Xidmətin Bakıdakı Müalicə Müəssisəsinə köçürüblər”-, deyə məhkumun atası bildirib. Son anda əldə etdiyimiz məlumata görə, məhbus N.Cabbarlı işgəncələrə dözməyərək, dilini kəsib. Hazırda vəziyyəti ağırdır.