Maide.az

Gəncədə qumbara partladılıb, iki nəfər ölüb, iki nəfərsə yaralanıb

Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.   APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edə 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.  Hadisə zamanı iki nəfər  ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.   Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.