Maide.az

Gəncədə kütləvi dava: 2 nəfər xəsarət alıb

Gəncədə bir qrup şəxs arasında dava-dalaş olub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, martın 27-də Kəpəz rayonu ərazisində Qəbələ rayon sakinləri Əkbər Əliməmmədli və Şahmurad Abbasov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Atilay Quliyev və Pərvin Şiraslanov tutulub. Araşdırma aparılır. azadliq.info/