Maide.az

Gəncədə 62 yaşlı qadın yandı

Gəncədə qadın yanıb.   APA-nın qərb bürosunun məlumata görə, Gəncə şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədənin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.   Reanimasiya şöbəsinə yerləşdirilƏn qadının vəziyyəti ağır qiymətləndirilir.   Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil./