Gəncədə xüsusi əməliyyat - 6 nəfər həbs olundu
Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə şəhərində polis əməkdaşları tərəfindən Nardaran hadisələri ilə bağlı əməliyyat keçirilib, 6 nəfər həbs olunub, həbs olunan şəxslərdən silah-sursat və digər vasitələr aşkar edilərək götürülüb. Noyabrın 30-da aparılan əməliyyat zamanı Mübariz İbrahimov, Ramiz Sarıyev, Rövşən Əsədov, Anar Sultanov, Füzuli Abbasov, Ramil Abbasov həbs olunub. Qafqazinfo /