Maide.az

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri vəfat edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib.   Bu barədə APA-ya komitədən bildirilib.   Məlumata görə, tanınmış hüquq-müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib. /