Maide.az

Fövqəladə halların sayı 27 faiz artıb

Fövqəladə Hallar Nazirliyi yeni statistika açıqlayıb.   Maide.Az bildirir ki, rəsmi məlumata görə, 2018-cı ilin ilk 6 ayı ərzində ölkədə 6814 təbii və texnogen mənşəli hadisə baş verib, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.   Hadisələr nəticəsində 62 nəfər həlak olub, 118 nəfər xəsarət alıb.   Yanğın hadisələri zamanı 54 nəfərin həlak olduğu, 86 nəfərin xəsarət aldığı qeyd edilir.   Yanvar-iyun aylarında 37 partlayış hadisəsi baş verib, 8 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.