Maide.az

Futzal üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

  Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının ilk finalçısı Rusiya yığması olub.   "Report"un məlumatına görə, qonşu ölkə millisi yarımfinalda İrana qalib gəlib - 4:3.   Digər yarımfinal görüşü bu gecə Argentina və Portuqaliya arasında keçiriləcək.   Qeyd edək ki, Rusiya millisi sonuncu dəfə dünya çempionatlarında ən yüksək nailiyyətini 1996-cı ildə əldə edib. Həmin vaxt şimallılar bürünc medalla kifayətlənib. /