Maide.az

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.   Bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.   A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə   B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya   C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya   D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya   E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya   F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya   Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.