Maide.az

Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol üzrə İtaliya çempionatı iyunun 13-ü və ya 20-si qaldığı yerdən davam edəcək. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın idman naziri Vinçentso Spadafora deyib.   V.Spadafora bildirib: "Biz A Seriyasının oyunlarının başlaması üçün iki mümkün tarix üzərində işləyirik - 13 cə 20 iyun. Mövsümün başlaması üçün protokol gəldi və o məşqlər üçün razılaşdırılmış protokola çox bənzəyir".   Onun sözlərinə görə, bu barədə qərar mayın 28-i qəbul ediləcək.   Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı martın əvvəli koronavirus pandemiyası səbəbilə dayandırılıb.