Maide.az

Futbol üzrə Çempionlar Liqasında II tura start verilib - VİDEO

Futbol üzrə Çempionlar Liqasında II tura start verilib.   İlk oyun gününün oyunları E - H qruplarını əhatə edib.   Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Avropanın ən nüfuzlu klub turnirinin debütantı Almaniya "Leyptsiq"ini qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 60-cı dəqiqədə "Wodafone Park" stadionunun bir hissəsində işıqlar söndüyü üçün oyunda 13 dəqiqəlik fasilə yaranıb. Bu səbəbdən, görüş digər qarşılaşmalardan gec yekunlaşıb. Bu qələbə sayəsində xallarını 6-ya çatdıran "Beşiktaş" G qrupunda vahid liderə çevrilib.   F qrupundakı İngiltərənin "Mançester Siti" komandası da növbəti qələbəsini qazanıb. "Şəhərlilər" də Ukrayna "Şaxtyor"unun qapısından 2 cavabsız top keçiriblər. Yarışın son qalibi İspaniya "Real Madrid"i və İngiltərənin "Tottenhem" klubları isə rəqiblərini 3 qolla məyus ediblər. Beləliklə, hər iki klub H qrupunda 6 xalla ilk 2 yeri bölüşür. Ümumilikdə, 8 görüşdə qapılara 23 qol vurulub.   Çempionlar Liqası, II tur 26 sentyabr E qrupu "Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya) - 3:0 Qollar: Vissam Ben Yedder, 27; 38; 83-penalti ilə "Spartak" (Moskva, Rusiya) - "Liverpul" (İngiltərə) - 1:1 Qollar: Fernando, 23 - Filippe Koutinyo, 31 Xal durumu: "Sevilya" - 4, "Spartak" - 2, "Liverpul" - 2, "Maribor" - 1.   F qrupu "Napoli" (İtaliya) - "Feyenoord" (Hollandiya) - 3:1 Qollar: Lorentso İnsinye, 7. Dris Mertens, 49. Xose Kalyexon, 70 - Sofian Amrabat, 90+3 Qaçırılan penalti: Yens Toornsta, 68 ("Feyenoord")   "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0 Qollar: Kevin de Bruyne, 48. Rahim Sterlinq, 90 Qaçırılan penalti: Serxio Aqüero, 72 ("Mançester Siti") Xal durumu: "Mançester Siti" - 6, "Şaxtyor" - 3, "Napoli" - 3, "Feyenoord" - 0.   G qrupu "Beşiktaş" (Türkiyə) - "Leyptsiq" (Almaniya) - 2:0 Qollar: Rayan Babel, 11. Anderson Taliska, 43   "Monako" (Fransa) - "Porto" (Portuqaliya) - 0:3 Qol: Vinsent Abubakar, 31; 69. Migel Layun, 89 Xal durumu: "Beşiktaş" - 6, "Porto" -3, "Monako" -1, "Leyptsiq" - 1.   H qrupu "Borussiya" (Dortmund, Almaniya) - "Real Madrid" (İspaniya) - 1:3 Qollar: Pyer-Emerik Obameyanq, 54 - Qaret Beyl, 18. Kriştianu Ronaldu, 50; 79   APOEL (Kipr) - "Tottenhem" (İngiltərə) - 0:3 Qollar: Harri Keyn, 39; 62; 67 Xal durumu: "Real Madrid" - 6, "Tottenhem" - 6, "Borussiya" - 0, APOEL - 0.   Qeyd edək ki, turun qalan oyunları sentyabrın 27-də keçiriləcək. (report) /