Maide.az

Futbol üzrə Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşib - VİDEO

Futbol üzrə Çempionlar Liqasında yarımfinalçılar  müəyyənləşib.   "Report"un məlumatına görə, bunlar İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" klublarıdır.   Zinəddin Zidanın baş məşqçi olduğu "Real Madrid" 1/4 finalda Almaniyanın "Bavariya" klubunu mübarizədən kənarlaşdırıb. Görüşün əsas vaxtı əsas vaxtı münhenlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Robert Levandovskinin 53-cü dəqiqədə penaltidən, 100-cü oyununa çıxan Serxio Ramosun isə 78-ci dəqiqədə öz qapısına vurduğu qolun qarşılığında "Real Madrid" 76-cı dəqiqədə Kriştianu Ronaldu ilə sevinib. İlk görüşdə "kral klubu" eyni hesabla qalib gəldiyindən, hər hissəsi 15 dəqiqədən ibarət əlavə vaxt təyin olunub. Lakin "Bavariya" bu zaman azlıqda olub. 84-cü dəqiqədə Arturo Vidalın qırmızı vərəqə alması "ekstrataym"da sözünü deyib. 105-ci və 110-cu dəqiqələrdə Ronaldu fərqlənərək, Çempionlar Liqasındakı qollarının sayını 100-ə çatdırıb. 112-ci dəqiqədə isə Marko Asensio son nöqtəni qoyub - 4:2.   Dieqo Simeonenin baş məşqçi olduğu "Atletiko Madrid" 1/4 finalda İngiltərənin "Lester" klubunu mübarizədən kənarlaşdırıb. "Atletiko" evdəki ilk görüşdən 1:0 hesablı üstünlüklə ayrıldıqdan sonra səfərdə də uduzmayıb - 1:1. Madrid komandasının qolunu 26-cı dəqiqədə Saul Nyiqes vurub. "Lester"dən isə 61-ci dəqiqədə Ceymi Vardi fərqlənib.   Beləliklə, ilk 2 yarımfinalçı İspaniyanın paytaxtı Madridi təmsil edən komandalar olub.     Çempionlar Liqası 1/4 final, cavab oyunları   18 aprel 22:45 "Real Madrid” (İspaniya) - "Bavariya” (Almaniya) - 4:2 (əsas vaxt - 1:2) Qollar: Kriştianu Ronaldu, 76; 105; 110. Marko Asensio, 112 - Robert Levandovski, 53-penalti ilə. Serxio Ramos, 78-öz qapısına Qırmızı vərəqə: Arturo Vidal, 84 ("Bavariya") Baş hakim: Viktor Kaşşai (Macarıstan) İlk oyun – 2:1   22:45 "Lester” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1 Qollar: Ceymi Vardi, 61 - Saul Nyiqes, 26 Baş hakim: Canluka Rokki (İtaliya) İlk oyun – 0:1   Qeyd edək ki, daha 2 yarımfinalçı bu gün müəyyənləşəcək. İspaniyada "Barselona" İtaliya "Yuventus"una ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Fransa "Monako"su isə Almaniyada 3:2 hesabı ilə yendiyi Dortmund "Borussiya"sını qəbul edəcək. /              

Лестер - Атлетико 1:1. Обзор матча. Лига чемпионов 2016/17. 1/4 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.