Maide.az

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

İkinci oyun günündə A, B və H qruplarında 9 qarşılaşma oynanılacaq   Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində V turun növbəti görüşləri keçiriləcək.   "Report"un məlumatına görə, ikinci oyun günündə "A", "B" və "H" qruplarında üst-üstə 9 qarşılaşma oynanılacaq.   "A" qrupunda İsveç Belarusu, Lüksemburq Fransanı, Bolqarıstan Hollandiyanı qəbul edəcək.   "B" qrupunda Andorra Farer adaları yığmasını, itkisiz irəliləyən İsveçrə Latviyanı, Avropa çempionu Portuqaliya isə Macarıstanı qəbul edəcək.   Nəhayət, "H" qrupunda "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də dəvət aldığı Bosniya və Herseqovina yığması Cəbəllütariqlə evdə, "Qəbələ"nin hücumçusu Sergey Zenyovun komandası Estoniya Kiprlə səfərdə üz-üzə gələcəksə, itkisiz lider Belçika Yunanıstanı sınağa çəkəcək. /     2018-ci il dünya çempionatı, Avropa zonası, V tur   25 mart   "A" qrupu 21:00. İsveç – Belarus 23:45. Lüksemburq – Fransa 23:45. Bolqarıstan – Hollandiya Xal durumu: Fransa - 10, Hollandiya - 7, İsveç - 7, Bolqarıstan - 6, Belarus - 2, Lüksemburq - 1.   "B" qrupu 21:00. Andorra – Farer adaları 21:00. İsveçrə - Latviya 23:45. Portuqaliya – Macarıstan Xal durumu: İsveçrə - 12, Portuqaliya - 9, Macarıstan - 7, Farer adaları - 4, Latviya - 3, Andorra - 0   "H" qrupu 21:00. Bosniya və Herseqovina – Cəbəllütariq 21:00. Kipr – Estoniya 23:45. Belçika – Yunanıstan Xal durumu: Belçika - 12, Yunanıstan - 10, Bosniya və Herseqovina - 7, Kipr - 3, Estoniya - 3, Cəbəllütariq - 0.