Maide.az

Fransa polisi həyəcan təbili çalır

Parisdə polis işçiləri etiraz nümayiş etdirərək, sosial fəlakətləri ilə bağlı həyəcan təbili çalıblar.   Maide.Az "azərtac"-a xəbər verir ki, Polis İşçiləri Həmkarlar İttifaqının yaydığı məlumata görə, 2017-ci ildə 51, bu ilin əvvəlində isə 48 polis özünə sui-qəsd edib.   Bunun səbəbi idarəetmədə bürokratiyanın, iş rejiminin dözülməz, həyat şəraitinin çətin və iyerarxiya təzyiqlərinin olması ilə bağlıdır.   Xatırladaq ki, keçən həftə özünə sui-qəsd etmiş polis mayoru Joze Tezan məktub yazaraq iş rejiminin və şəraitinin dözülməz olduğunu, iyerarxiyası tərəfdən təzyiqə və təhqirə məruz qaldığını göstərib.   Həmin məktub ölkə mətbuatında dərc olunub.