Maide.az

Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian 27 may tarixində Azərbaycana səfər edəcək.   Maide.Az "Musavat"a istinadən xəbər verir ki, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.   Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.