Fransanın cənub-şərqi yanır
Fransanın cənub-şərq əraziləri təbii yanğınların qurbanı olub. Yanğın əksəriyyəti meşə ərazisi olmaqla 3 hektar sahəni əhatə edib. Bu ərazilərdə yerləşən 4 departamendə 200-dən artıq ev təhlükə ilə üz-üzə qaldığından sakinlər təxliyə edilib. Var departamentində yanğınların söndürülməsi zamanl 4 yanğınsöndürən xəsarət alıb. Onlar yüngül yanıq xəsarətləri ilə xəsatəxanaya yerləşdirilib. Sakinlərin təxliyəsini təşkil edən daha 15 nəfər isə tüstüdən zəhərləndiyi bildirilib. (trend)