Maide.az

Fransanın cənubunda 9 nəfər qar uçqunu altında qalıb

Qar uçqunu səhər saatlarında Alp dağlarında Tin gölünün yaxınlığındakı dağ-xizək kurortunda baş verib   Alp dağlarının Fransa ərazisində yerləşən hissəsində qar uçqunu baş verib.    "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər uçqun altında qalıb.   Qar uçqunu yerli vaxtla səhər saat 11-də Alp dağlarında Tin gölünün yaxınlığındakı dağ-xizək kurortunda baş verib.   Hadisə yerinə dərhal xilasedicilərdən ibarət helikopter göndərilib. Uçqun altından 3 nəfər çıxarılıb: onların ikisi həlak olub, üçüncüsünün vəziyyəti ağırdır və o, xəstəxanaya çatdırılıb. /