Fransa metrosunda hicablı qadın döyülüb
Parisdəki terror aktlarının ardınca anti-islam hərəkətlərinin sayı artıb,belə ki Fransanın Marsi şəhər metrosunda hicablı bir qadına hücum olub. Maide.az xəbər verir ki, dünən 18 noyabrda hicablı bir qadın Fransanın Marsi şəhər metrosuna daxil olarkən hücuma məruz qalaraq xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Məscidlərin divarlarında təhqiramiz yazılar, bəzi müsəlman qəbristanlıqlarına qarşı hörmətsizlik və ölkədə yaşayan müsəlmanlara qarşı, xüsusən də əmək və məşğulluq sahəsində ayrıseçkilik halları Fransa müsəlmanlarına qarşı irqçi və ayrıseçkilik rəftarlarındandır. Halbu ki, müsəlmanlar 8 milyonlu cəmiyyətlə Fransada xristianlıqdan sonra ən böyük dini azlıq hesab edilirlər. /