Maide.az

Fransada yol qəzasında bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü ağır yaralanıb

Fransanın cənub-şərqində yerləşən Drome bölgəsində baş verən yol qəzasında “Renault Scenic” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü isə ağır yaralanıb.    APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat yayıb.    Bildirilib ki, axşam 7 radələrində qeydə alınan hadisə zamanı ölənlərin 5-i də uşaq olub. Avtomobil aşdıqdan sonra alovlanıb. 4 nəfər avtomobildən çıxa bilsələr də ciddi yanıq xəsarətləri alıblar.    Dərhal hadisə yerinə 50-dən çox yanğınsöndürən və 3 vertolyot cəlb edilib. Yaralılar vertolyotla xəstəxanaya aparılıb.   İlkin məlumata görə, nəqliyyat vasitəsinin əyləcində problem olub.   Faktla bağlı istintaq başladılıb.