Fransada uşaqlar məktəbə üç yaşından gedəcək
Yeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün 3 yaşından məcburi olacaq. "Report"un Fransa bürosu xəbər verir ki, bu ilin iyul ayında qəbul edilmiş üç yaşından uşaqların məktəbə yazılmasını məcbur edən qanun sentyabrın 2-dən qüvvəyə minir. Lakin bu yeni dərs ilində 3-6 yaş arası yalnız 26 000 yeni uşaq məktəbə gedəcək. Çünki bu vaxtadək məcburi olmasa belə 3-6 yaşlı fransalı uşaqların artıq 98 faizi məktəbə gedirdi.