Fransada qocalar evi işçiləri tətil elan edib
Fransada qocalar evi işçiləri ilk dəfə ölkədə hazırkı iş şəraitinə etiraz etmək üçün tətil elan ediblər. Maide.Az “Franceinfo ”ya istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində qocalar evi işçiləri ilk dəfədir ki, geniş miqyaslı tətil edirlər. Qocalar evi işçilərinin çağırışı ilə keçirilən 1 günlük tətili çox sayda həmkarlar ittifaqı dətəkləyib. Fransada təxminən 7500 qocalar evi var. Bu evlərdə təxminən 600 min nəfər texniki və maliyyə çatışmazlığı səbəbiylə ağır şərtlər altında həyatlarını davam etdirir. Lyon, Marsel, Strasburq, Nice və Lille kimi Fransanın böyük şəhərlərində nümayişlər keçirilib və hökumətin yaşlılara və ehtiyacı olanlara olan münasibətinə etiraz edilib. Rəsmi rəqəmlərə görə Fransada qocalar evində qalan 600 min nəfərin təqribən 66 faizi 85 yaşlı insanlardır.