Fransada polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib - VIDEO
Fransanın Bayonne şəhərində "Böyük Yeddiliy"in sammitinə etiraz edənlərə qarşı polis dörd dəfə güclü su şırnaqlarından istifadə edib. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, etiraz aksiyalarında yüzlərlə insan iştirak edir. Yürüş bir növ üçbucağı xatırladan ərazidə gedir - bura iki tərəfdən çayla əhatələnib. Onların üzərindəki körpüləri polislər əvvəlcədən bağlayıblar. Beləliklə, etirazçıların yolu kəsilib. Öncə yürüşçülər baraban sədaları altında küçələrdə gedərək polisin ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Körpüyə yanaşanda isə gənclər asayiş keşikçilərini təxribata çəkməyə başlayıblar. Etirazçılar yerdən çıxardıqları hasar parçaları ilə polislərin metal qalxanlarını taran etməyə çalışırlar. Üstəlik, xuliqanlar binaların birinci mərtəbələrindən, kürsülərindən, eləcə də asfaltdan parçalar qopararaq polisə atırlar.
#Bayonne manifestation anti #G7 la manifestation vire aux incidents la police utilise canon à eau et gaz lacrymogène #Police #Gendarmerie #Polizei #G7Biarritz #G7France #contresommetG7 #ContreG7 pic.twitter.com/8X0VoBMHaY
— LINE PRESS (@LinePress) 24 августа 2019 г.
#Bayonne manifestation anti #G7 la incidents en cours #Police #Gendarmerie #G7Biarritz #G7France #contresommetG7 #ContreG7 pic.twitter.com/sNzxyed3Vq
— LINE PRESS (@LinePress) 24 августа 2019 г.