Fransada Milad bayramı tədbirində 20-dən çox insan dəm qazından zəhərlənib
Fransanın Karlepon şəhərində kilsədə Milad bayramı ilə bağlı tədbir zamanı dəm qazından zəhərlənmə səbəbindən 21 nəfər xəstəxanaya yerləşdirilib. SalamNews-un xəbərinə görə, bu barədə "France Presse" agentliyi ərazinin yanğın və xilasetmə xidmətinin məlumatlarına istinadən məlumat yayıb. Ümumilikdə məbəddə 150 nəfər olub. Ayin zamanı bəzilərində baş ağrısı meydana gəlib. Dərhal hadisə yerinə yanğınsöndürən, xilasedicilər və jandarma dəstələri cəlb edilib. Kilsədə olanlar təcili olaraq meriya binasına təxliyə edilib. Uşaqlar və yaşlılar arasında 72 nəfərə ilkin tibbi yardım göstərilib.