Fransada məscid yandırıldı FOTO-VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, Fransanın Auch şəhərində bir məscid yandırılıb. Bu ölkədə böyük səs-küyə səbəb olub. Baş prokuror Rierre Aurignac verdiyi açıqlamada dünən Auch məscidində baş verən yanğının qəsdən töbrədildiyini bildirib. İstintaq nəticəsində ibadət ocağının 70 faizinin benzinlə yandırıldığını deyən Aurgnac hadisənin baiskarlarını axtardığını da vurğulayıb. Hadisə ilə əlaqədar Fransa prezidenti Fransua Olland da münasibət bildirib. Yelisey Sarayından verilən açıqlamada yanğının qəsdən törədilməsi açıq-aşkar bəyan edilib və yanğın hadisəsi pislənilib: «Məscidə hücum Respublika dəyərlərinə açıq hücumdur. Müsəlman icmaların inanclarını azad və etibarılı şəkildə həyata keçirmələri üçün şərait yaradılmalıdır»