Maide.az

Fransada kilsə yaxınlığında əli silahlı şəxs insanlara hücum edib, ölənlər var

Fransanın Nitsa şəhərində kilsə yaxınlığında əli silahlı şəxs vətəndaşlara hücum edib, ölənlər var.   Hadisə şəhərin Notr-Dam kilsəsi yaxınlığında baş verib.   Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.    Polis hücum edən şəxsi saxlayıb.    Hadisənin motivi bəlli deyil. /APA/