Maide.az

Fransada keçirilən tətil ölkə iqtisadiyyatına xeyli zərər vurub

Fransa Milli Dəmiryolu Şirkətinin keçirdiyi 5 günlük tətil ölkə iqtisadiyyatına 100 milyon avro zərər vurub.   Maide.Az "azərtac"-a istinadla xəbər verir ki, tətil müddətində səfər sayı kəskin azaldığı üçün günlük 20 milyon avro itirilib.   Qeyd etmək lazımdır ki, Fransada hökumətin dəmir yolları özəlləşdirmək istədiyi elan olunduqdan sonra işçilərin əksəriyyəti tətil elan edib. Ölkədə tətilə səbəb olan qərar parlamentdə müzakirə olunacaq.