Maide.az

Fransada həmkarlar təşkilatları yeni ümumi tətil və nümayişə çağırış edib

Fransada CGT, FO, Həmrəylik, FSU kimi həmkarlar və gənclər təşkilatları pensiya islahatlarına qarşı fevralın 20-də yenidən ümumi tətil və nümayişə çağırıblar.   Fransada müxtəlif peşə sahibləri 2 aydan çoxdur tətil və nümayiş edirlər. Pensiya islahatı layihəsinə etiraz olaraq hər gün ölkənin müxtəlif şəhərlərində, eləcə də paytaxt Parisdə nümayişlər keçirilir.   Daxili İşlər Nazirliyi bildirib ki, fevralın 6-da 15 mini Parisdə olmaqla ölkədə 121 min insan nümayişə çıxıb. Həmkarlar təşkilatı isə 130 min nümayişçi olduğunu iddia edir.   Unsa-RATP nəqliyyat sistemi həmkarlar təşkilatı pensiya islahatı layihəsinin Milli Assambleyada müzakirəsi gününü - fevralın 17-ni “qara birinci gün” elan edərək bütün nəqliyyat sistemi işçilərini tətilə çağırıb. /azertac