Maide.az

Fransada həbsxanada qiyam - VİDEO

Fransanın qərbində yerləşən Viyun həbsxanasında qiyam baş verib.    Maide.Az xəbər verir ki, Fransanın Poitiers şəhərinin yaxınlığında yerləşən həbsxana bazar ertəsi yerli vaxtlar saat 17:00-da baş verib.    İki məhbus mühafizəçilərdən birinə hücum edərək onun əlindəki açarları götürüb və bütün kameraların qapısını açıb. Məhbuslar hər şeyi sındırıb və həbsxanada yanğın baş verib.   Yanğın zamanı 6 məhbus və 5 mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. Qiyam 5 saat davam edib və daha sonra yatırılıb.    Məlumatda bildirilir ki, məhbuslardan 60 nəfəri qiyam yatırıldıqdan sonra öz hücrələrinə getməkdən imtina ediblər. (presstv)